...

Avropa İttifaqına giriş üçün ödənilməli olan məbləğ üç dəfə artırılır

Dünya xəbərləri Materials 21 İyul 2025 10:55 (UTC +04:00)
Avropa İttifaqına giriş üçün ödənilməli olan məbləğ üç dəfə artırılır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası ETİAS sistemi ilə Aİ-ə səyahət üçün ödəniş məbləğini üç dəfə artırmağı təklif edib.

Bu barədə Trend “Euronews” telekanalına istinadən xəbər verir.

Söhbət ittifaq ərazisinə vizasız giriş üçün ödənilməli olan məbləğin 7 avrodan 20 avroya qədər qaldırılmasından gedir. Telekanal bildirir ki, məlumatı yüksək vəzifəli Aİ nümayəndəsi təsdiq edib.

2026-cı ilin son rübündən etibarən 30 Avropa ölkəsinə vizasız səfərlər "Avropa Səyahət Məlumatı və İcazə Sistemi" (ETIAS) vasitəsilə mümkün olacaq – bu, İrlandiya istisna olmaqla, bütün Aİ üzv ölkələrini, eləcə də, İslandiya, Norveç, Lixtenşteyn və İsveçrəni ehtiva edəcək.

ETIAS icazəsi vizasız rejimə malik ölkələrin – məsələn, Böyük Britaniya, ABŞ, Kanada, Braziliya və Avstraliya vətəndaşları üçün bu ölkələrə qısamüddətli (90 günədək) səfər zamanı tələb olunur.

ETİAS sistemi ilə qəbul olunan ödənişlər Avropa İttifaqının büdcəsinə köçürüləcək.

Qeyd edək ki, hazırda Aİ ölkələrinə vizasız giriş 7 avro təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti