...

İran uranın zənginləşdirilməsi prosesini müvəqqəti dayandırıb

Dünya xəbərləri Materials 22 İyul 2025 01:05 (UTC +04:00)
İran uranın zənginləşdirilməsi prosesini müvəqqəti dayandırıb

Bakı. Trend:

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra ölkədə uranın zənginləşdirilməsi prosesi müvəqqəti olaraq dayandırılıb. Lakin Tehran bu fəaliyyətdən tamamilə imtina etməyi planlaşdırmır və onu milli qürur məsələsi hesab edir.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Araqçi Fox News telekanalına verdiyi müsahibəsində bildirib.

“Hazırda zənginləşdirmə prosesi dayandırılıb, çünki obyektlər ciddi zərər görüb. Amma biz bu işdən vaz keçmək fikrində deyilik. Bu, alimlərimizin nailiyyətidir və eyni zamanda milli qürur məsələsidir”, – deyə Araqçi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti