Bakı. Trend:
ABŞ lazım gələrsə İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır.
Trend xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" platformasında yazıb.
"İranın xarici işlər naziri Abbas Araqçi nüvə obyektləri ilə bağlı deyib ki, dağıntılar çox ciddidir, obyektlər sıradan çıxarılıb. Əlbəttə ki, bu belədir. Mən demişdim və əgər lazım olsa, bunu yenidən edəcəyik", – deyə Tramp qeyd edib.