...

Almaniya Belarusdan qanunsuz miqrant axınına qarşı mübarizədə Polşaya dəstək olacaq

Dünya xəbərləri Materials 22 İyul 2025 12:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya və Polşanın daxili işlər nazirləri bazar ertəsi Polşa-Belarus sərhədində müvəqqəti olaraq bağlanmış "Polovtsı – Peschatka" sərhəd-keçid məntəqəsinə baş çəkiblər. Nazirlər Aİ-nin xarici sərhədlərinin mühafizəsi və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məsələlərini müzakirə ediblər.

Trend bu barədə “Euronews” telekanalına istinadən xəbər verir.

Polşanın daxili işlər naziri Tomaş Semonyak bildirib ki, Varşava və Berlin Moskva ilə Minsk tərəfindən miqrasiyanın siyasi təzyiq və hibrid hücum aləti kimi istifadəsinə qarşı birgə mübarizə aparır.

Onun sözlərinə görə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə Avropa İttifaqının xarici sərhədlərində aparılmalıdır.

O qeyd edib ki, bu istiqamətdə Polşa genişmiqyaslı tədbirlər həyata keçirir və onların səmərəliliyi 98 faiz təşkil edir. Sərhədlərin mühafizəsinə 11 min hərbi qulluqçu cəlb olunub, elektron səddin tikintisi başa çatıb.

Polşa Belarusla sərhədin möhkəmləndirilməsinə artıq 700 milyon avro vəsait xərcləyib. Bu ilin birinci yarısında sərhədi qeyri-qanuni keçmək cəhdlərinin sayı 19 faiz azalıb.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bildirib ki, əsas məqsəd Aİ-nin xarici sərhədlərində təhlükəsizliyi gücləndirməklə daxili sərhəd yoxlamalarından imtina edilməsidir.

Onun sözlərinə görə, Polşaya xarici sərhədlərin qorunması üçün daha çox maliyyə lazımdır və bu ölkə daha yüksək qiymətləndirilməyə layiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti