...

ABŞ UNESCO-dan çıxır (YENİLƏNİB)

Dünya xəbərləri Materials 22 İyul 2025 17:09 (UTC +04:00)
ABŞ UNESCO-dan çıxır (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatından (UNESCO-dan) çıxmaq qərarı gözlənilən idi.

Trend xəbər verir ki, bunu UNESCO-nun baş direktoru Odri Azulay bildirib.

Onun sözlərinə gör, təşkilat hadisələrin bu şəkildə cərəyan etməsinə öncədən hazır olduğundan bu UNESCO-nun işinə təsir göstərməyəcək.

Xatırladaq ki, iyulun 22-də ABŞ dövlət departamentin 2027-ci ildən etibarən ABŞ-nin UNESCO-nun sıralarını tərk edəcəyini bəyan etmişdi.

xxx

14:39

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ABŞ-nin UNESCO-dan çıxması barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli açıqlama yayıb.

Onun sözlərinə görə, Ağ Ev rəhbərinin bu qərarı qeyd olunan təşkilatın Amerika maraqlarına uyğun gəlməyən təşəbbüsləri dəstəkləməsi ilə əlaqədardır.

“Prezident Tramp ABŞ-nin UNESCO-dan çıxması haqda qərar qəbul edib. Bu təşkilat proqressiv və mübahisəli mədəni və sosial təşəbbüsləri dəstəkləyir ki, bunlar noyabr ayında amerikalıların səs verdiyi “sağlam siyasətə” tamamilə ziddir”, – deyə Kelli “New York Post” qəzetinə verdiyi açıqlamada bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti