Bakı. Trend:
İran İslam Respublikasının Prezidenti Məsud Pezəşkian ölkəsinin nüvə silahı əldə etməyə çalışmadığını, lakin beynəlxalq hüquq normaları çərçivəsində uranın zənginləşdirilməsini davam etdirəcəyini bəyan edib.
Trend xəbər verir ki, dövlət başçısı bu fikirləri "Al Jazeera" telekanalına verdiyi müsahibədə səsləndirib.
“Biz nüvə silahına sahib olmağı tamamilə rədd edirik – bu, bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir”, – deyə Pezəşkian bildirib.
Prezident vurğulayıb ki, İran gələcəkdə də beynəlxalq hüquqa uyğun şəkildə uranın zənginləşdirilməsini öz ərazisində davam etdirəcək.