Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya iki günlük işgüzar səfərə yollanacaq. O, ətraf mühitin qorunması üzrə konfransda iştirak edəcək.
Trend xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın baş naziri Nikol Paşinyan 24-də Rusiya Federasiyasına iki günlük səfər yollanacaq. Baş nazir Rusiya Federasiyasının Altay Respublikasında keçiriləcək Təbiətin və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konfransda iştirak edəcək”, - deyə Nazirlər Kabinetinin məlumatında deyilir.