...

Rusiya və Ukrayna hərbi əsirlərlə yanaşı, mülki şəxslərin də dəyişdirilməsi barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 23 İyul 2025 22:50 (UTC +04:00)

Bakı. Trend:

İstanbulda keçirilən üçüncü danışıqlar raundunun yekunlarına əsasən, Rusiya və Ukrayna yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi barədə razılaşma əldə ediblər.

Trend-in məlumatına görə, bu barədə TASS agentliyi öz mənbəsinə istinadən xəbər yayıb.

“Mühüm nəticə ondan ibarətdir ki, yalnız hərbi əsirlər deyil, həm də mülki şəxslərin dəyişdirilməsi nəzərdə tutulur”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Moskva və Kiyev nümayəndə heyətləri arasında keçirilən bugünkü görüş təxminən 40 dəqiqə davam edib.

Xəbər lenti

Xəbər lenti