Bakı. Trend:
Ukraynanın Odessa vilayətində plan işləri zamanı mülki qazma-bərpa gəmisi partlayıb, nəticədə üç nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Dəniz Limanları Administrasiyası məlumat yayıb.
“Dünən, 23 iyul tarixində gecə saatlarında Dövlət Dəniz Limanları Administrasiyasının (DDLA) “Delta-Lotsman” filialına məxsus qazma-bərpa gəmisi ilə bağlı fövqəladə hadisə baş verib. 11 nəfərlik heyət olan gəmi “Bıstroe” çay mənsəbində planlı işlər aparırdı. Partlayış nəticəsində DDLA-nın üç əməkdaşı həlak olub”, - qurumun rəsmi bəyanatında bildirilir.
Qeyd olunur ki, heyətin digər üzvləri xəstəxanaya yerləşdirilib və onlara bütün zəruri tibbi yardım göstərilir