...

İran və "avroüçlük" arasında nüvə danışıqlarının növbəti raundunun dəqiq vaxtı açıqlandı

Dünya xəbərləri Materials 24 İyul 2025 18:33 (UTC +04:00)
İran və "avroüçlük" arasında nüvə danışıqlarının növbəti raundunun dəqiq vaxtı açıqlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması ilə bağlı danışıqların məkanı və zamanı təsdiqlənib.

Trend bu barədə İranın Təsnim agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Tehranla “avroüçlük” (Böyük Britaniya, Almaniya, Fransa - red.) arasında nüvə danışıqları iyulun 25-də İranın Türkiyənin İstanbul şəhərindəki konsulluğunda keçiriləcək.

Qeyd olunur ki, bundan əvvəl İranın XİN rəsmi nümayəndəsi İsmayıl Bəqai danışıqların növbəti raundunun xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcəyini bəyan etmişdi.

İranı danışıqlarda Məcid Taxt Rəvançı və Kazem Qəribəbadi təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti