...

Amerikalı restler və aktyor Halk Hoqan vəfat edib

Dünya xəbərləri Materials 25 İyul 2025 01:04 (UTC +04:00)
Amerikalı restler və aktyor Halk Hoqan vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur amerikalı restler və aktyor Halk Hoqan vəfat edib.

Trend-in TMZ-yə istinadla verdiyi xəbərə görə, 71 yaşlı sənətçinin ürəyi dayanıb.

Əsl adı Terri Bollea olan Halk Hoqan karyerasına 1977-ci ildə başlayıb və 30 ildən artıq müddətdə ABŞ restlinqinin əsas simalarından biri olub. O, dünya üzrə milyonlarla azarkeşi olan ulduza çevrilmişdi.

Halk Hoqan həmçinin aktyor kimi də tanınıb. Onun kino sahəsində ilk rolu 1982-ci ildə “Rokki 3” filmində olub. Sonrakı illərdə o, müxtəlif Hollivud layihələrində çıxış edib.

Xəbər lenti

Xəbər lenti