Bakı. Trend:
ABŞ Moskva və Kiyevi hərtərəfli atəşkəs və sülh yolu ilə nizamlanma üçün birbaşa danışıqları davam etdirməyə çağırıb.
Trend “Fox News”a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott keçirdiyi növbəti brifinqdə deyib.
Piqott qeyd edib ki, ABŞ iki tərəf arasında üçüncü danışıqlar raundunun keçirilməsindən xəbərdardır və tam və qeyd-şərtsiz atəşkəs üçün davam edən çağırışları dəstəkləyir.
O, həmçinin bildirib ki, Vaşinqton Rusiya və Ukraynanın məhbus mübadiləsinə, xüsusilə ağır xəstə və yaralıların dəyişdirilməsinə dair əldə olunan razılığı alqışlayır.