Bakı. Trend:
Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi tərəfindən iyulun 24-də ilkin sınaq mərhələsində istifadəyə verilən pilotsuz avtomobillər tezliklə “Uber” tətbiqi vasitəsilə müştərilərə xidmət göstərəcək.
Trend xəbər verir ki, bu barədə Uber-in Yaxın Şərq üzrə avtonom mobillik rəhbəri Məhəmməd Cərdanə “əl-Arabiyyə”yə açıqlamasında bildirib.
Nazirliyin məlumatına əsasən, pilotsuz nəqliyyat vasitələri adi avtomobillərdən 10 dəfə daha təhlükəsizdir.
Avtomobillər sınaq mərhələsində Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanı da daxil olmaqla, magistral yollar və şəhər mərkəzi daxil olmaqla 7 istiqamət üzrə fəaliyyət göstərəcək.