...

İtaliyada “Armani” qrupuna 3,5 milyon avro cərimə kəsilib

Dünya xəbərləri Materials 2 Avqust 2025 23:24 (UTC +04:00)
İtaliyada “Armani” qrupuna 3,5 milyon avro cərimə kəsilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın antiinhisar qurumu "Giorgio Armani" qrupunu etik və sosial məsuliyyətə sadiqliyini əks etdirən yalan bəyanatlara görə 3,5 milyon avro məbləğində cərimələyib.

Trend xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilib ki, “Armani” qrupunun – "Giorgio Armani SpA və G.A. Operations SpA" – dəri çantalar və aksesuarların istehsalını əsasən tədarükçülərə həvalə etməsi və onların isə prosesi subpodratçılara ötürməsi nəticəsində işçilərin real iş şəraiti moda evinin elan etdiyi etik standartlarla uyğun gəlmir.

Araşdırmalar nəticəsində məlum olub ki, bəzi subpodratçılar istehsal gücünü artırmaq məqsədilə təhlükəsizlik avadanlıqlarının bir hissəsini çıxarıb, bu isə işçilərin sağlamlığı və təhlükəsizliyinə ciddi təhlükə yaradıb. Eyni zamanda, sanitar və gigiyenik şəraitin kifayət qədər olmaması və işçilərin bir hissəsinin rəsmi qeydiyyatsız çalışması da qeydə alınıb.

Antiinhisar qurumu bildirib:
“Bu şəraitdə işçilərin hüquqlarının və sağlamlığının qorunması, "Giorgio Armani SpA və G.A. Operations SpA" tərəfindən verilən etik və sosial məsuliyyət bəyanatlarının məzmununa tam ziddir.”

Qurum həmçinin vurğulayıb ki, "Giorgio Armani SpA" şirkəti bu vəziyyətdən xəbərdar olub və bunu sübut edən daxili sənədlər də mövcuddur.

Armani şirkəti cərimə qərarına münasibət bildirərək “acı və təəccüb” içində olduqlarını, qərarın apellyasiya yolu ilə ləğv olunacağına inandıqlarını bəyan edib.

Xəbər lenti

Xəbər lenti