...

Türkiyənin iyul ayı üzrə ixracı rekord həddə çatıb

Dünya xəbərləri Materials 3 Avqust 2025 02:36 (UTC +04:00)
Türkiyənin iyul ayı üzrə ixracı rekord həddə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə 2024-cü ilin iyul ayında tarixində ilk dəfə 25 milyard dollarlıq ixrac həyata keçirərək yeni rekorda imza atıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat “Türkiyə İxrac Səfərbərliyi Proqramı” çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, bu göstərici iyul ayları üzrə tarixdə ən yüksək ixrac həcmi kimi qeydə alınıb:

“Son 12 ayda ən yüksək aylıq artım faizi müşahidə olunub. İlk dəfə olaraq iyul ayında əlavə 2,5 milyard dollarlıq ixrac əldə etmişik. Ötən il bu rəqəm 22,5 milyard dollar idi. Beləliklə, illik ixracımız 266,9 milyard dollardan 269,4 milyard dollara yüksəlib. Bu tempin davam etməsi ən böyük arzumuzdur”.

Bolat həmçinin qeyd edib ki, illik əsasda bu nəticə 3,1 faizlik mal ixracı artımına uyğundur. O, yeddi aylıq statistikaya əsaslanaraq əlavə edib:

“Bu dövrdə ixracda 5,2 faiz artım müşahidə olunub ki, bu da dünya ortalamasını üstələyir”.

Xəbər lenti

Xəbər lenti