...

BAEA nümayəndə heyəti gələn həftə İrana səfər edəcək

Dünya xəbərləri Materials 4 Avqust 2025 06:35 (UTC +04:00)
BAEA nümayəndə heyəti gələn həftə İrana səfər edəcək

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyəti gələn həftə İranın paytaxtı Tehrana səfər etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən xəbər yayıb.

Məlumata əsasən, danışıqlarda əsas vurğu məsələnin siyasi tərəfinə yönələcəyi üçün heyətdə müfəttişlər iştirak etməyəcək.

Səfər zamanı tərəflərin İran parlamentinin agentliklə əməkdaşlığın dayandırılmasına dair qəbul etdiyi qanunun icrası ilə bağlı mexanizmləri müzakirə edəcəkləri gözlənilir.

Xəbər lenti

Xəbər lenti