Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp və İsrail baş naziri Binyamin Netanyahu Qəzza bölgəsinə nəzarət edən HƏMAS qruplaşmasına yeni ultimatum irəli sürməyi planlaşdırırlar.
Trend xəbər verir ki, bu barədə “The New York Times” (NYT) öz mənbələrinə istinadən yazır.
Artıq Vaşinqton və Təl-Əviv mərhələli sövdələşmələr əvəzinə HƏMAS-dan hərtərəfli razılaşmanın bağlanmasını tələb etmək niyyətindədirlər.
Ultimatumun şərtlərinə əsasən, radikallar İsrail həbsxanalarında olan fələstinlilərin azad edilməsi müqabilində İsrailli girovlarını (azı 20 nəfər –red) sərbəst buraxmalı, silahlı münaqişəyə son qoymağa, o cümlədən, tərksilah olmağa və gələcəkdə İsrailə qarşı silahdan istifadə etməməyə razılaşmalıdır.
HƏMAS-ın rəsmi nümayəndəsi Mahmud Mərdavi fələstinli qruplaşmaya İsrailidən hərtərəfli razılaşma ilə bağlı rəsmi təklifin hələlik daxil olmadığını bildirib.