...

İtaliyada çimərlikdə tornado baş verib

Dünya xəbərləri Materials 4 Avqust 2025 21:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada, Roma yaxınlığında yerləşən Makkareze çimərliyində tornado baş verib.

Trend xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Qəfil başlayan güclü külək sahildəki çətirləri və digər əşyaları havaya sovurub. Hadisə nəticəsində turistlər arasında təşviş yaranıb və onlar ərazidən uzaqlaşmağa çalışıblar.

Tornadonun təsirindən bir qadın xəsarət alıb, ona dərhal tibbi yardım göstərilib.

Eyni zamanda, İtaliyanın şərqində yerləşən Delta del Po sahillərində iki sütun şəklində yaranan nəhəng su burulğanları müşahidə olunub. Sonradan bu burulğanların birləşdiyi bildirilib.

İtaliya Meteoroloji Xidməti bazar ertəsi ölkənin şimal bölgələri üçün orta səviyyəli hava xəbərdarlığı yayıb. Marke və Umbriya bölgələrində güclü yağış və ildırımın olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti