Bakı. Trend:
Yaponiyanın ən böyük liman şəhəri Yokohamada su üzərində fişənglərin buraxılması üçün nəzərdə tutulmuş barjada yanğın baş verib.
Trend-in NHK telekanalına istinadən verdiyi məlumata görə, hadisə "Minato Mirai Smart Festival 2025" fişəng şousunun keçirildiyi ərazidə baş verib. Yanğın yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə 15:00) başlayıb və hələ də davam edir.
Hadisə baş verən zaman barjada beş işçi olub, onların hamısı xilas edilib.
Bildirilib ki, barjada quraşdırılmış fişənglər bir neçə dəfə partlayıb.
Hazırda müvafiq qurumlar yanğının başvermə səbəblərini araşdırır.