...

Fransada oğurluq edən şəxs həbs olunub

Dünya xəbərləri Materials 5 Avqust 2025 01:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa polisi iyulun 27-də Eks-an-Provens – Paris marşrutu üzrə hərəkət edən qatarda sərnişinləri soyaraq onlara məxsus 350 min avro dəyərində qızıl-zinət və şəxsi əşyaları oğurlayan şəxsi saxlayıb.

Trend-in “La Provence” qəzetinə istinadla verdiyi məlumata görə, soyğunçu ölkənin cənubundakı Herault departamentində avtomagistral üzərində yerləşən pullu keçid məntəqəsində, “yol yoldaşı və üç uşağı ilə tətilə yollandığı” zaman ələ keçirilib.

Nəşr qeyd edir ki, Fransa dəmir yollarına bu hadisə nəticəsində rekord məbləğdə ziyan dəyib.

BFMTV-nin iyulun 30-da yaydığı məlumata əsasən, Eks-en-Provensdən Parisə gedən qatarda bir neçə sərnişin bu dəstənin hücumuna məruz qalıb və ümumilikdə 350 min avro dəyərində şəxsi əşyaları itiriblər.

Xəbər lenti

Xəbər lenti