...

Kaliforniyada meşə yanğınları yenidən alovlanıb

Dünya xəbərləri Materials 5 Avqust 2025 02:35 (UTC +04:00)
Kaliforniyada meşə yanğınları yenidən alovlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları yenidən şiddətlənib.

Trend-in məlumatına görə, yanğınlar ştatın mərkəzində yerləşən geniş əraziləri əhatə edir.

Xüsusilə Los-Padres milli meşəsində alovun yayılması nəticəsində 26 400 hektar sahə yanıb və bölgədə təxliyə əmri verilib.

Qifford bölgəsindəki yanğın isə 450-dən çox tikili üçün təhlükə yaradıb. Yanğının yalnız 3 faizi nəzarət altına alınıb, lakin daha isti və quru hava şəraiti səbəbilə alovun daha da genişlənəcəyi proqnozlaşdırılır.

Hazırda 1000-dən çox yanğınsöndürən və xilasedici qüvvə meşə yanğınları ilə mübarizə aparır. Yerli hakimiyyət vəziyyəti nəzarətdə saxlamaq üçün tədbirləri gücləndirib.

Xəbər lenti

Xəbər lenti