...

Fransada dəmir yolu xəttində enerji problemi yaşanıb

Dünya xəbərləri Materials 5 Avqust 2025 04:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın şimalında dəmir yolu xəttində baş verən enerji təchizatı problemi “Eurostar” qatarlarının bir sıra reyslərinin ləğvinə və gecikmələrlə yerinə yetirilməsinə səbəb olub.

Trend-in BBC-yə istinadla verdiyi məlumata görə, Londondan Parisə hərəkət edən doqquz “Eurostar” reysi ləğv edilib, daha 15 qatar isə gecikmələrlə və daha yavaş alternativ marşrutlarla hərəkət edib.

Problemdən Brüssel–Paris və Amsterdam–Paris marşrutları da təsirlənib – bu istiqamətlər üzrə də bir neçə qatar reysi ya ləğv olunub, ya da gecikmələrlə üzləşib.

Fransanın dəmir yolu şəbəkəsinin operatoru SNCF bildirib ki, yaranmış ciddi nasazlıqlar enerji təchizatı sistemindəki problemlərlə bağlıdır və vəziyyətin tam bərpası üçün genişmiqyaslı təmir işlərinə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti