...

“Telegram”da şəxsi hesabların verifikasiyası funksiyası istifadəyə verildi

Dünya xəbərləri Materials 5 Avqust 2025 05:42 (UTC +04:00)
“Telegram”da şəxsi hesabların verifikasiyası funksiyası istifadəyə verildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Telegram” mesencerində şəxsi istifadəçi profillərinin verifikasiyası funksiyası tətbiq olunub.

Trend xəbər verir ki, bu barədə “Durova Code” portalı məlumat yayıb.

Yeni xüsusiyyət çərçivəsində istifadəçilər profillərinin həqiqiliyini təsdiqləyə biləcəklər. Verifikasiya nişanı klassik “mavi işarə” formasında deyil, mesencerin simvolunu xatırladan xüsusi dizaynda təqdim olunur və profilin şəklinin yanında yerləşdirilir.

Verifikasiya nişanı alan ilk şəxs platformanın təsisçisi və baş direktoru Pavel Durov olub.

Qeyd edək ki, indiyədək yalnız kanallar və botlar üçün verifikasiya mövcud idi. 2025-ci ilin əvvəlindən “Telegram” botların verifikasiyasını da təqdim edib və onlar üçün fərqli dizayna malik nişanlar istifadə olunur.

İndi isə artıq adi istifadəçilər də bu funksiyadan yararlanaraq profillərinə rəsmi təsdiq ala biləcəklər.

Xəbər lenti

Xəbər lenti