Bakı. Trend:
Yaponiyada keçən rekord istilər fonunda 28 iyul-3 avqust ərzində ölkədə yüksək hava temperaturu ilə əlaqədar günvurma diaqnozu ilə xəstəxanalara 9,5 min nəfər çatdırılıb. Onlardan 18-i həyatını itirib.
Trend xəbər verir ki, bu haqda Yaponiyada təcili yardım funksiolarını yerinə yetirən Yanğın-mühafizə idarəsi məlumat yayıb.
Xəstəxanaya yerləşdirilmiş şəxslərdən 225 nəfəri ora ağır vəziyyətdə daxil olub və onların azı 3 həftə müalicə alacağı bildirilir. Günvurmadan zərər çəkmiş pasiyentlərin 58 faizə yaxını yaşı 65-dən yuxarı olan şəxslərdir.
Yaponiyada iyun ayından bəri son dərəcə isti hava hökm sürür. Avqustun 5-də İsesaki şəhərində təkcə kölgədə temperatur 41,8 dərəcə təşkil edib. Bu, XIX əsrin ikinci yarısından bəri ölkədə hava şəraitinə dair elmi müşahidələr tarixində qeydə alınmış mütləq rekorddur.