Bakı. Trend:
Yaponiya Silahlı Qüvvələri gələn ay ABŞ dəniz piyadaları ilə birlikdə “Resolute Dragon” adlı genişmiqyaslı təlimlər keçirəcək.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu təlimlərdə ən yeni reaktiv sistemlərdən istifadə ediləcək və onlar, xüsusilə, Okinava prefekturasının cənub adalarını, Kiusyu adasının cənub-qərb hissəsini və Rusiyaya yaxın yerləşən Yaponiyanın ən şimal adası Hokkaydoni əhatə edəcək.
Yapon ordusunun komandanlığının açıqlamasına görə, manevrlər 11-25 sentyabr tarixlərində baş tutacaq.
Təlimlərdə Yaponiyanın quru qoşunlarından 12 min hərbçi, həmçinin təxminən 1,9 min ABŞ dəniz piyadası və digər amerikalı personal iştirak edəcək.