Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Cey Di Vens qarşıdan gələn seçkilərdə Respublikaçıların növbəti namizədi ola bilər.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Ağ Evdə jurnalistlərə bildirib.
""Aydındır ki, bunu demək tezdir, lakin o, əla iş görür və yəqin ki, hazırda favoritdir", - deyə ABŞ prezidenti bildirib.
Bunu D.Tramp Vensi 2028-ci il seçkiləri üçün “böyük” namizəd adlandıran dövlət katibi Marko Rubionun sözlərinə şərh vermək istəyinə cavabında bildirib. Tramp Rubionun “bəlkə də Cey Di ilə hansısa formada işləyəcəyini" ehtimal edib.