Bakı. Trend:
Almaniyanın milli aviadaşıyıcısı və Avropanın ən böyük hava yolu şirkəti olan "Deutsche Lufthansa AG" şirkəti "Air Europa" şirkətində pay sahibi olmaq üçün danışıqları dayandırıb.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
Məlumata əsasən, nəticədə "Türk Hava Yolları" aviaşirkəti İspaniya aviaşirkətini almaq üçün yeganə namizəd olaraq qalıb.
"Hərtərəfli təhlil və gərgin danışıqlardan sonra biz hazırkı mərhələdə "Air Europa"nın kapitalında və payında sonrakı iştirakımızı geri götürmək qərarına gəldik", - deyə "Lufthansa"nın nümayəndəsi bildirib.
"Air France-KLM" şrikəti də bundan əvvəl "Air Europa"da payla bağlı danışıqlardan çıxıb. "IAG SA" şirkəti iki dəfə satın alınması ilə bağlı imtina cavabı alıb.