Bakı. Trend:
Yaponiyanın müdafiə qüvvələrinə aid F2 qırıcısı qəzaya uğrayıb.
Trend bu barədə yerli NHK telekanalına istinadən xəbər verir.
Təyyarənin təlim uçuşu zamanı Sakit okean sularında qəza etdiyi bildirilir.
Göyərtədə yalnız bir pilot olub və o, su ilə təmasdan əvvəl vaxtında katapult edə bilib.
Xilasedicilər pilotu taparaq, onu xəstəxanaya yerləşdiriblər.
Hazırda qəzanın səbəbləri araşdırılır.