...

Donald Tramp "Intel" rəhbərinin istefasını tələb edib

Dünya xəbərləri Materials 7 Avqust 2025 17:44 (UTC +04:00)
Donald Tramp "Intel" rəhbərinin istefasını tələb edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “Intel” şirkətinin baş direktoru Lip-Bu Tanın dərhal istefa verməsini tələb edib.

Trend xəbər verir ki, Trampın müvafiq bəyanatı onun “Truth Social” sosial şəbəkə hesabında dərc olunub.

“Intel-in baş direktoru maraqların ciddi şəkildə toqquşması vəziyyətindədir və dərhal istefa verməlidir. Bu problemin başqa həlli yoxdur. Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm”, – Tramp bəyan edib.

Trampın çağırışı, ABŞ hakimiyyət orqanlarının Intel rəhbərinin Çin texnoloji sektoru ilə əlaqələrinə artan diqqəti fonunda səslənib. Bu həftə respublikaçı senator Tom Kotton “Intel”in Direktorlar Şurasına müraciət edərək Lip-Bu Tanın Çinlə olan maliyyə və biznes əlaqələrinin mahiyyəti və miqyası ilə bağlı izahat tələb edib.

KİV-lər yazır ki, Lip-Bu Tan 1987-ci ildə təsis etdiyi "Walden International" adlı vençur fondu vasitəsilə, həmçinin Honqkonqda qeydiyyatdan keçmiş "Sakarya Limited" və "Seine Limited" kimi əlaqəli qurumlar vasitəsilə onilliklər ərzində Çin şirkətlərinə sərmayə yatırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti