...

ABŞ-də helikopter Missisipi çayındakı barja çırpılıb

Dünya xəbərləri Materials 7 Avqust 2025 23:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İllinoys ştatının İst-Olton şəhəri yaxınlığında helikopter qəzası baş verib.

Trend-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı açıqlama yayıb.

Məlumata görə, helikopterin pəri elektrik xəttinə ilişdikdən sonra idarəetməni itirib və Missisipi çayı üzərində yerləşən barja çırpılıb. Qəza nəticəsində iki nəfər həyatını itirib.

Bildirilib ki, hadisə zamanı barjda heç kim olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti