...

ABŞ-nin yeni rüsumları İsveçrənin qızıl emalı sektoruna zərbə vuracaq

Dünya xəbərləri Materials 8 Avqust 2025 02:53 (UTC +04:00)
ABŞ-nin yeni rüsumları İsveçrənin qızıl emalı sektoruna zərbə vuracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-yə ixrac edilən 1 kiloqramlıq qızıl külçələri ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumları siyahısına daxil edilib və bu, dünyanın ən böyük qızıl emalı mərkəzi sayılan İsveçrə iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti xəbər yayıb.

Jurnalın əldə etdiyi ABŞ Gömrük və Sərhəd Mühafizəsi əmrinə əsasən, 1 kiloqram və ya 100 unsiya çəkidə olan qızıl külçələri yeni gömrük kodu ilə təsnif ediləcək və rüsumlara məruz qalacaq. Bu, əvvəlki sənaye gözləntilərindən fərqlidir.

"Financial Times" qeyd edir ki, bu külçələr dünyanın ən böyük qızıl fyuçers bazarı olan Comex-də ən çox ticarət olunan formadır və qızıl İsveçrədən ABŞ-yə ixrac edilən əsas məhsullardan biridir. Yeni rüsumlar qlobal qiymətli metallar bazarında təlatümlərə səbəb ola bilər və İsveçrənin qızıl sənayesinə ciddi zərbə vuracaq.

Qeyd edək ki, avqustun 1-də ABŞ Prezidenti Donald Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər müxtəlif rüsumlar tətbiq edən sərəncam imzalayıb. Bu rüsumlar avqustun 7-də qüvvəyə minib. Ən yüksək rüsumlar İraq (35%), Serbiya (35%), İsveçrə (39%), Laos (40%), Myanma (40%) və Suriya (41%) kimi ölkələrə şamil edilib.

Əvvəllər ABŞ İsveçrədən idxal edilən mallara 31% rüsum tətbiq etməyi planlaşdırırdı, lakin ticarət danışıqları nəticəsində bu rüsum 10%-ə endirilmişdi. Yeni qərar isə bu endirimdən sonra daha sərt addım kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti