Bakı. Trend:
Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 19-da baş tutacaq.
Trend xəbər verir ki, bu barədə Şimali Makedoniya Parlament Assambleyasının sədri Afrim Qaşi qərar imzalayıb.
Qərara əsasən, birinci turda nəticəsiz qalan bələdiyyələrdə noyabrın 2-də ikinci tur təşkil olunacaq.
Qeyd edək ki, 4 ildən bir keçirilən yerli seçkilərdə seçicilər 81 bələdiyyədə sədr və üzvləri müəyyənləşdirir. Ölkədə sonuncu dəfə yerli seçkilər 2021-ci il oktyabrın 17-də keçirilib.