...

Kanada Rusiya neftinin qiymət həddini endirir

Dünya xəbərləri Materials 10 Avqust 2025 19:04 (UTC +04:00)
Kanada Rusiya neftinin qiymət həddini endirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada hakimiyyəti Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya neftinin maksimum qiymət həddini bir barel üçün 47,60 dollara endirmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında yerləşdirilən məlumatda bildirilib.

"Kanada Avropa İttifaqı (Aİ) və Böyük Britaniya ilə birlikdə Rusiya neftinin dəniz yolu ilə daşınma həddini 60 dollardan 47,60 dollara endirməyi planlaşdırır", – məlumatda qeyd olunub.

Xatırladaq ki, Aİ 18-ci sanksiyalar paketini təsdiqləyib. Bu paketin əsas elementi Rusiya neftinin qiymətinin yeni həddi olub – təxminən 47,6 dollar/barel.

Qeyd edək ki, sözügedən sanksiyalar paketi çərçivəsində Rusiya neftindən hasil edilən neft məhsullarının Aİ ölkələrinə idxalına qoyulan qadağa ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə və Norveçə şamil edilmir.

Xəbər lenti

Xəbər lenti