Bakı. Trend:
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün avqustun 11-də görüşəcəklər.
Trend-in məlumatına görə, bu barədə İtaliyanın "ANSA" xəbər agentliyi Avropa Komissiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən xəbər verib.
Məlumata əsasən, görüşü Avropa diplomatiyasının rəhbəri Kaya Kallas təşkil edir.
Görüşdə nazirlərin Qəzza zolağındakı vəziyyəti də müzakirə edəcəyi gözlənilir.