...

Alimlər ABŞ-da mümkün güclü zəlzələ və nəhəng sunami barədə xəbərdarlıq edir

Dünya xəbərləri Materials 11 Avqust 2025 10:10 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-ın sahil zonasında nəhəng sunami ilə müşayiət olunan 9 bal gücündə zəlzələ baş verə bilər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yüksək dəqiqlikli sualtı xəritəçəkmə texnologiyasından istifadə edilən tədqiqat, Şimali Amerika sahilləri boyunca Kanadadan Kaliforniyaya qədər uzanan 970 kilometr uzunluğundakı dörd nəhəng qırılma seqmentini göstərən Cascade Subduksiya Zonasında geostatik aktivliyin narahatedici əlamətlərini aşkar edib.

Bu ərazinin sualtı zonasında güclü təkanlar təkcə sahil infrastrukturunun dağılmasına deyil, həm də suyun və havanın zəhərlənməsinə və çirklənməsinə səbəb ola bilər. Məqalədə qeyd olunur ki, sonuncu dəfə belə zəlzələ 1700-cü ildə müşahidə edilib.Alimlərin fikrincə, belə hadisələr təxminən 500 ildə bir dəfə baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti