...

Türkiyədə güclü yanğın - Kənd sakinləri dənizlə təxliyə edilir

Dünya xəbərləri Materials 11 Avqust 2025 19:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Çanaqqala vilayətində, Kəpəz rayonunda meşə yanğını nəticəsində Çanaqqala boğazını tüstü bürüyüb.

Trend Tükiyə mətbuatına istinadən xəbər verir ki, sakinlər dəniz yolu ilə təxliyə edilir.

Havadan və qurudan yanğınların söndürülməsi işləri davam edir.

Məlumata görə, Gözəlyalı məhəlləsindəki bağ evləri alova büründüyündən, ərazidəki bağ evlərinin sakinlərini təxliyə etmək üçün gəmilər cəlb olunub. Dəniz yolu ilə ərazidən 84 nəfərin təxliyə edildiyi bildirilir.

Çanaqqalanın Kəpəz rayonunda əkinçilik sahəsində başlayan və daha sonra meşəlik ərazilərə yayılan yanğın şiddətlənməkdə davam edir.

Daha sürətlə yayılan meşə yanğını ilə mübarizə üçün yanğınsöndürənlər var gücü ilə çalışır.

Xəbər lenti

Xəbər lenti