Bakı. Trend:
Monteneqroda meşə yanğınları sahilə çatıb və artıq Adriatik dənizinin məşhur turistik ərazilərini təhdid edir.
Trend xəbər verir ki, bir sıra yaşayış məntəqələri işıqsız qalıb, ölkə rəhbərliyi Serbiyadan kömək istəyib.
Kömək məqsədi ilə Serbiya Monteneqroya yanğınla mübarizə üçün təchiz olunmuş Ka-32 helikopterlərini göndərməyə qərar verib.