Bakı. Trend:
Ethereum kriptovalyutasının (ETH) dəyəri 2021-ci il dekabrın 3-dən bəri ilk dəfə 4,5 min dolları keçib.
Trend-in Binance platformasının məlumatlarına istinadən verdiyi xəbərə görə, Ethereum-un məzənnəsi 4,9% artaraq 4501,91 dollara çatıb.
Qiymət artımı bir qədər yavaşlayaraq 4 481,12 dollar (+4,1%) səviyyəsində stabilizasiya olub. Eyni zamanda, bitkoinin qiyməti 0,17% azalaraq 119 456 dollar təşkil edib.
“Efir”in tarixi maksimumu 2021-ci il noyabrın 10-da, 4 868 dollar səviyyəsində qeydə alınıb.