Bakı. Trend:
İran həmişə Livanın milli mənafeyinin reallaşmasına çalışacaq.
Trend-in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Beyruta səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmişə olduğu kimi İran yenə də Livan xalqının yanında olacaq.
Laricani qeyd edib ki, səfər çərçivəsində Livan prezidenti, parlamentinin sədri, baş nazir və digər rəsmilərlə görüşlər təşkil olunacaq.