...

Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların çıxarılmasını təklif etməyə hazırlaşır

Dünya xəbərləri Materials 13 Avqust 2025 23:00 (UTC +04:00)
Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların çıxarılmasını təklif etməyə hazırlaşır

Bakı. Trend:

ABŞ Rusiyaya Alyaskada nadir torpaq minerallarının işlənməsini təklif etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "The Daily Telegraph" qəzeti xəbər verib.

Məlumata əsasən, Amerika prezidenti Donald Tramp Alyaskada keçiriləcək sammit zamanı belə bir razılaşmanı Rusiya prezidenti Vladimir Putinə təqdim etməyə hazırlaşır.

Qəzetin mənbələrinə görə, Amerika liderinin başqa bir təklifi Rusiyada mülki aviasiya təyyarələrinə xidmət üçün ehtiyat hissələri və avadanlıqların tədarükünə qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutur. Qeyd edilib ki, belə bir razılaşma Amerikanın "Boeing" konserni üçün çox sərfəli ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti