...

HƏMAS Qəzzadakı döyüşçülərini geri çəkməyə hazırdır

Dünya xəbərləri Materials 14 Avqust 2025 01:56 (UTC +04:00)
HƏMAS Qəzzadakı döyüşçülərini geri çəkməyə hazırdır

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı İsrail qoşunlarının razılaşdırılmış nöqtələrə çıxarılması müqabilində Qəzza zolağından döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, hərəkatın Qahirədəki nümayəndə heyəti Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı tələblərini Misir vasitəçilərinə çatdırıb.

"HƏMAS İsrailin razılaşdırılmış nöqtələrə geri çəkilməsi müqabilində döyüşçülərini geri çəkməyə hazır olduğunu bildirib və girovların həyatını qorumaq öhdəliyini vurğulayıb", - deyə mənbələr bildirib.

Bildirilib ki, hərəkat “İsrailin Qəzzanı işğal etmək planlarının sona çatacağına” və hərbi əməliyyatların bərpa olunmayacağına dair beynəlxalq təminatları özündə əks etdirən “İsraillə yazılı razılaşma tələb etdi”.

Mənbələr həmçinin qeyd ediblər ki, Misir Qəzza ilə bağlı hərtərəfli saziş üçün plan hazırlayır və bu plan avqustun sonuna qədər həyata keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti