Bakı. Trend:
Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, Şimali Koreya liderinin bacısı Kim Yo Çjon bəyan edib ki, Pxenyan Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq istəmir.
Trend-in məlumatına görə, bu barədə onun bəyanatında bildirilib.
"Biz dəfələrlə bəyan etmişik ki, ABŞ-nin sadiq xidmətçisi və onun sadiq müttəfiqi olan Koreya Respublikası ilə münasibətləri yaxşılaşdırmaq iradəsindən tamamilə məhrumuq və bu yekun mövqe və rəy konstitusiyamızda öz əksini tapacaq", - deyə o bildirib.
Onun sözlərinə görə, Cənubi Koreya mediasının dediklərinə əksinə olaraq, Şimali Koreya sərhədyanı ərazilərdə səsgücləndiriciləri sökməyib və bunu etmək niyyətində deyil.