...

Tramp Putinlə görüşdə Ukraynada atəşkəsdə israr edəcək

Dünya xəbərləri Materials 14 Avqust 2025 06:08 (UTC +04:00)
Tramp Putinlə görüşdə Ukraynada atəşkəsdə israr edəcək

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskada danışıqları zamanı Ukraynada atəşkəs əldə etməyə çalışacaq.

Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri onun Avropa liderləri ilə onlayn formatda görüşündən sonra mənbələrə istinadən bildirib.

"Tramp “şərtsiz” ifadəsini işlətməsə də, o, atəşkəsin, onun fikrincə, Rusiyanın xoş niyyət nümayişi ola biləcəyini bildirib", - deyə "CNN" televiziya kanalı Avropa diplomatlarına istinadən bildirib.

Danışıqlarla tanış olan mənbələr "Axios"a bildiriblər ki, Tramp avropalılara deyib ki, “cümə günü keçiriləcək sammitdəki məqsədləri atəşkəsə nail olmaq və tam sülh razılaşmasının mümkün olub olmadığını daha yaxşı anlamaq olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti