Bakı. Trend:
“Toyota Motor” avtomobil konserni Yaponiyada təxminən 1,28 milyon avtomobili geri çağırır. Kütləvi çağırışa səbəb panoramik görüntünü idarə edən proqram təminatındakı nasazlıqdır.
Trend xəbər verir ki, bu barədə Yaponiyanın Nəqliyyat Nazirliyi məlumat verib.
Qeyd olunur ki, söhbət avtomobillərdə quraşdırılmış kameraların görüntülərini displeylərə çıxaran panoramik görüntü proqram təminatından gedir. "Toyota" bu proqramdakı xəta nəticəsində bəzən ekranda düzgün olmayan təsvirlərin görünə biləcəyinə müəyyənləşdirib.
Çağırışa sentyabr 2021-2025-ci illər arasında istehsal olunmuş 42 model daxildir. Həmin proqram təminatının işləməsində 26 nasazlıq halı qeydə alınsa da bunun heç bir yol-nəqliyyat hadisəsinə səbəb olmadığı qeyd olunur.
