...

Rusiya Suriyadakı Hmeymim aviabazasına uçuşları bərpa edib

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 17:26 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya hərbi nəqliyyat təyyarələri yarımillik fasilədən sonra yenidən Suriyanın Latakiya şəhərində yerləşən Xmeymim aviabazasından istifadə etməyə başlayıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata əsasən, 26 oktyabr tarixində Rusiya hərbi İL-62 təyyarəsi Liviya üzərindən Xmeymimə gəlib və daha sonra Moskvaya yola düşüb.

“Flightradar” məlumatlarına görə isə, 24–29 oktyabr tarixlərində, Rusiya Müdafiə Nazirliyinin 224-cü uçuş dəstəsinə məxsus ağır yük təyyarəsi An-124-100 “Ruslan” Xmeymimə üç dəfə eniş edib.

“Bloomberg”in Kremllə yaxın əlaqələri olan mənbəsi Suriyadakı aviabazanın Rusiya tərəfindən yenidən istifadə olunduğunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti