Bakı. Trend:
Yunanıstanın Krit adasında baş verən silahlı insident nəticəsində 2 nəfər həlak olub, ən azı 10 nəfər yaralanıb.
Trend xəbər verir ki, atışmaya səbəb ailə intiqamı olub.
Polis hadisə ilə bağlı şübhəli şəxslər barədə məlumat açıqlamayıb. Agentliyin qeyd etdiyinə görə, Krit adasında ailələr arasında intiqam, namus və digər səbəblərlə baş verən silahlı insidentlər tez-tez müşahidə olunur.
