Bakı. Trend:
Türkiyənin Antalya vilayətinin Manavqat bölgəsində iki safari cipinin toqquşması nəticəsində 10 əcnəbi turist yaralanıb.
Trend xəbər verir ki, insident Sarılar rayonunda baş verib.
Qəza zamanı ciplərdən biri aşıb, sürücü Ahmet Korkutalp və 10 turist – dörd İsveç, dörd britaniyalı və iki polyak vətəndaşı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili yardım maşınları ilə Manavqatdakı xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.
