...

Ermənilərin katolikosunun qardaşı və qardaşı oğlu saxlanılıblar

Dünya xəbərləri Materials 3 Noyabr 2025 00:32 (UTC +04:00)

Bakı. Trend:

Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan xuliqanlıq və seçki kampaniyasına mane olmaq ittihamları ilə saxlanılıblar.

Trend-in məlumatına görə, bu barədə vəkil Ara Zohrabyan "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın "Respublika" Partiyasının namizədi Harutyun Mkrtçyan 1 noyabrda katolikosun qardaşı Qevorq Nersisyan oğulları ilə birgə seçki kampaniyasına mane olublar.

Onun sözlərinə görə, istintaq orqanı onlar barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti