Bakı. Trend:
Belarusdan Polşa vasitəsilə Avropa İttifaqı ölkələrinə keçid gözləyən avtomobillərin növbəsi dəfələrlə artıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Litvanın Belarusla sərhədi bağlaması səbəbindən Brest keçid məntəqəsindən Polşaya gedən avtomobillərin növbəsi altı dəfə artıb.Bir həftə əvvəl Belarus-Polşa sərhədini keçmək üçün orta hesabla 300-400 nəqliyyat vasitəsi gözlədiyi halda, bu gün həmin rəqəm 2500-ü ötüb.
Belarus gömrükçüləri isə qeyd edirlər ki, hazırda 2100 yük avtomobili Polşa marşrutu, 520 yük maşını isə Latviya marşrutu üzrə yola düşməyi gözləyir.
