Bakı. Trend:
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi 2025-ci ildə ilk dəfə olaraq 11 gün ərzində La-Manş boğazı vasitəsilə heç bir qanunsuz sərhəd keçidi hadisəsinin baş vermədiyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata əsasən, kiçik qayıqlarla dənizi keçmək üçün son cəhd oktyabrın 22-də qeydə alınıb. Bununla belə, bu günə dair göstəricilər hələ dərc edilməyib.
Fasiləyə baxmayaraq, cari ildə kiçik qayıqlarla Birləşmiş Krallığa gələn miqrantların ümumi sayı artıq 2024-cü ilin göstəricilərini keçib. Belə ki, bu günə olan vəziyyətə görə, 36 954 nəfər qeyri-qanuni yolla qayıqlarla Böyük Britaniyaya daxil olub. Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 36 816 nəfər, 2023-cü ildə isə 29 437 nəfər təşkil edib.
Bununla belə, “Sky News”un məlumatına görə, La-Manş boğazını kiçik qayıqlarla keçənlərin sayına görə 2022-ci il rekord il olaraq qalır – həmin il bu yolla Böyük Britaniyaya 45 774 miqrant gəlib.
